Kiprin "Pafos" klubunda forma geyinən Murad Məmmədov yeni komandasında ilk qol sevincini yaşayıb.
Milli.Az xəbər verir ki, azərbaycanlı futbolçu Avropa Liqasının III təsnifat mərhələsində "Zalsburq"a qarşı keçirilən cavab görüşündə meydana sonradan daxil olub. 20 yaşlı yarımmüdafiəçi 82-ci dəqiqədə oyuna qoşulub və cəmi iki dəqiqə sonra rəqib qapısına yol tapıb.
Məmmədovun qolu "Pafos"a hesabı 3:3-ə çatdırmaq imkanı verib.
Qeyd edək ki, komandaların Avstriyada baş tutan ilk qarşılaşmasında "Zalsburq" 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki matçın yekununda Avstriya klubu mərhələni keçən tərəf olub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)