Türkiyəli müğənni Yıldız Tilbe Çeşmədəki konsertindən sonra baş verən hadisə ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, konsertin ardından ərazidən çıxan sənətçi ilə təhlükəsizlik əməkdaşı arasında qısa müddətli gərginlik yaşanıb. İddiaya görə, mühafizəçinin yüksək səslə danışması Tilbenin narazılığına səbəb olub.
Müğənni təhlükəsizlik əməkdaşından uzaqlaşmasını istəyərək sərt şəkildə reaksiya verib. Tilbenin "Sənə bir vuraram, gedərsən! Çəkil!" ifadələrini işlətməsi diqqət çəkib.
Hadisə uzun müddət davam etməyib. Tilbe daha sonra ərazidən uzaqlaşıb.
Sənətçi ilə mühafizəçi arasında yaşanan mübahisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra hadisə geniş müzakirə olunub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)