Misli Premyer Liqasında yeni mövsümə start verilir.
Milli.Az xəbər verir ki, ilk oyun günündə "Turan Tovuz" "Qəbələ" ilə qarşılaşacaq.
Tovuz şəhər stadionunda keçiriləcək matç saat 19:30-da start götürəcək. Misli Premyer Liqasının ilk turunda daha 5 görüş olacaq.
"Araz-Naxçıvan" - "İmişli"ni, "Sabah" "Kəpəz"i avqustun 15-də, "Sumqayıt" "Neftçi"ni, "Zirə", "Şəfa"nı avqustun 16-da qəbul edəcək.
Tur avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekunlaşacaq.
14 avqust
Misli Premyer Liqası
I tur
Saat 19:30, "Turan Tovuz" - "Qəbələ".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)