İtaliyanın "İnter" klubunun əfsanəvi kapitanı Xavyer Zanettinin oğlu Tomas Zanetti "neradzurri" ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira "İnter"in ofisindən foto paylaşaraq sosial şəbəkələrdə məlumat verib.
Qeyd edək ki, Tomas Zanetti 2012-ci il təvəllüdlü futbolçudur. Xavyer Zanetti 1995-ci ildən 2014-cü ilədək "İnter"də çıxış edib, hazırda isə Milan klubunun vitse-prezidenti vəzifəsini tutur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)