O da "Fənərbağça"dan ayrıldı: Yeni klubu bəlli oldu

14 Avqust 2026 10:31

"Fənərbağça"nın yarımmüdafiəçisi Fred karyerasını Braziliyada davam etdirməyə yaxındır.

Milli.Az xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, "Atletiko Mineyro" braziliyalı futbolçunun transferi ilə bağlı "Fənərbağça" ilə razılığa gəlib.

Məlumata əsasən, Braziliya klubu bu keçid üçün İstanbul təmsilçisinə 2 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, əlavə bonusların məbləği isə 500 min avro təşkil edəcək.

Fredin "Atletiko Mineyro" ilə 3,5 illik müqavilə imzalaması gözlənilir.

33 yaşlı yarımmüdafiəçi 2023-cü ildə 9,7 milyon avro qarşılığında "Mançester Yunayted"dən "Fənərbağça"ya transfer olunmuşdu.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)