Cavid Gülün qızı xəstəxanalıq oldu: "Heç vaxt belə ağır xəstələnməyib" - (Foto)

14 Avqust 2026 08:57

Tele-aparıcı Cavid Gülün qızı Sofiya xəstəxanalıq olub.

Milli.Az bildirir ki, aparıcının xanımı Nərgiz bu barədə izləyicilərinə məlumat verib. Onun sözlərinə görə, övladların xəstəxanaya çatdırılmasına səbəb yüksək temperatur olub:

"40 dərəcə qızdırma ilə özümüzü xəstəxanaya çatdırdıq. Həyatımda yaşamadığım qorxunu, həyəcanı yaşadım. Sofiya allergik uşaqdır, allergiyası qalxanda xəstə insanla təmasda olarsa, xəstələnir, çox pis keçirir. 4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib. Bu dəfə həqiqətən çox qorxdum".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)