“Instagram”da 10 il sonra dəyişiklik - (Foto)

14 Avqust 2026 10:16
"Instagram" sosial şəbəkəsi 10 ildən sonra loqotipində ilk dəfə dəyişiklik edib.

Milli.Az xəbər verir ki, yenilənmiş loqotipi şirkətin baş direktoru Adam Mosseri öz Instagram hesabında təqdim edib.

Mosserinin sözlərinə görə, tətbiqin yuxarı hissəsində istifadə olunan loqotip uzun müddətdir dəyişdirilmədiyindən onun yenilənməsi qərara alınıb. Yeni dizayn daha yığcam və müasir görünüşü ilə Instagram-ın orijinallıq, sadəlik və ustalıq prinsiplərini əks etdirir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)