Ənənəvi mebel və musiqi aləti istehsalının ən elit, eyni zamanda ən çox səbr tələb edən texnikası olan Gomalak (Şellak) lakı müasir dünyanın sürətli istehlak vərdişlərinə demək olar ki, meydan oxuyur. Tərkibində heç bir sintetik maddə saxlamayan, Hindistan və Tayland meşələrində yaşayan bir böcəyin ağac budaqlarına buraxdığı ifrazatından əldə edilən bu laklama üsulu tətbiq olunduğu taxtanı əsl güzgüyə çevrir.
Milli.Az xəbər verir ki, yarım əsrdir tarixi taxtalara və antik əşyalara yenidən həyat verən 50 illik gomalak ustası Əhməd Yıldırım sənətinin çətinliyini və incəliklərini danışıb. "Bizim işimiz ustalıq deyil, bir əsl səbr imtahanıdır" deyən Yıldırım bildirib: "İndiki mebel ustaları tapançanı götürüb iki dəqiqəyə kimyəvil spreyi sıxıb keçirlər. Biz isə pambıq və parçadan düzəltdiyimiz tamponla taxtanı əl işi naxış kimi işləyirik. Saf spirtlə əritdiyimiz həmin böcək ifrazatını taxtaya yedirmək günlərimizi alır. Səkkiz rəqəmi çəkərək minlərlə dəfə eyni nöqtəyə toxunursan. İstilik biraz dəyişsin, əlin bir an dayansın, lak yanır, bütün əziyyət boşa gedir. Səbri olmayan adam bu dükanın çölündən içəri girə bilməz".
"Taxtanı öldürmür, yaşadır"
Gomalak lakının sintetik materiallardan ən böyük fərqinin taxtanın canlılığını qoruması olduğunu qeyd edən Əhməd Yıldırım "Fabrik lakı taxtanın üstünə plastik təbəqə kimi çökür, taxtanı boğur və öldürür. Zamanla da çatlayıb tökülür. Gomalak isə taxtanın kapilyar damarlarına qədər nüfuz edir. Taxta nəfəs almağa davam edir. Bu gün 100 illik bir saray mebelini mənə gətirsinlər, gomalakla ilk günkü əzəmətinə qaytararam. Çünki gomalak taxtaya ruh qatır" açıqlamasını verib.
Antikvarların və musiqi aləti istehsalçılarının vazkeçilməzi
Taxtanın təbii səs ötürülməsini pozmadığı üçün əl işi kamança, ud və bağlamalarda yalnız gomalak lakından istifadə olunur. Tarixi saray mebellərinin və qiymətsiz antik əşyaların bərpa edilməsində də tək seçim yenə bu tarixi üsul olur.
Lakin sintetik boyaların və sürətli istehsalın yayılması bu tarixi sənəti yox olmaq təhlükəsi ilə üz-üzə qoyur. Dükanında şagird yetişdirəcək gənc tapmamaqdan gileylənən 50 illik usta əllərindəki bu əsrlik mirası yaşada bilmək üçün son nümayəndələr olaraq zamana qarşı dirənməyə davam etdiklərini bildirir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)