"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Argentina millisi və "İnter Mayami"nin hücumçusu Lionel Messi barədə danışaraq, onun "Barselona"da çıxış etdiyi dövrü xatırlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə "Ole" nəşrinə müsahibəsində deyib:
"O, əsl kabus idi. Onu necə saxlayacağımı düşünərək gecələri yatmırdım. Onu dayandırmaq üçün nə edə bilərdik? Elə ilk oyundan anladım ki, biz "Barselona"nın etdiklərini təkrar edərək onları üstələyə bilmərik. Onlara qalib gəlmək üçün həm meydanda, həm də meydandan kənarda fərqli olmalı idik. Biz rəqib idik - eyni kubok, eyni çempionat və eyni Çempionlar Liqası uğrunda mübarizə aparırdıq. Düşünürəm ki, bu, yaxşı idi".
Xatırladaq ki, Messi 2003-2021-ci illərdə "Barselona"nın şərəfini qoruyub. Argentinalı ulduz Kataloniya klubunun heyətində keçirdiyi 778 rəsmi matçda 672 qol vurub və 305 məhsuldar ötürmə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)