"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi dəqiqləşib.
Milli.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi bu raundda Niderlandın "Tvente" kollektivi ilə üz-üzə gələcək.
Komanda III təsnifat mərhələsində DAK 1904 (Slovakiya) klubunu iki oyunun nəticəsinə əsasən məğlub edib - 6:0, 3:3.
Xatırladaq ki, "Qarabağ" bu raundda Ukraynanın "Dinamo" (Kiyev) komandasını mübarizədən kənarlaşdırıb. Polşada rəqibinə 0:1 hesabı ilə uduzan "köhlən atlar" Bakıda iki cavabsız qolla qalib gəlib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)