İrfan Can Eğribayat Fənərbaxçadan ayrılıb.
Milli.Az xəbər verir ki, Sarı-lacivərtli klub 2022-2023 mövsümündən bəri Fənərbaxça forması geyinən 28 yaşlı qapıçının transferi məsələsində "Gençlerbirliyi" ilə razılığa gəlib.
Fənərbaxçanın açıqlamasında, "2022-2023 mövsümündən bəri formamızı geyinən İrfan Cana "Fənərbaxça"ya verdiyi əmək və töhfələrə görə təşəkkür edir, karyerasının yeni dönəmində uğurlar arzulayırıq." deyə bildirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)