Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır

15 Avqust 2026 00:48

İsti havalarda xüsusilə meyvə və tərəvəzlərin olduğu yerlərdə ortaya çıxan milçəklərdən qurtulmaq üçün təbii üsullara üstünlük verilir. Evdə tətbiq oluna bilən ən praktiki üsullardan biri limon və mixək istifadə etməkdir. Bir limonu yarıya bölüb üzərinə bir neçə mixək sancaraq meyvə qabının yanına və ya dəzgahın üstünə qoya bilərsiniz.

Milli.Az xəbər verir ki, mətbəxdə milçəklərin giriş nöqtələrini azaltmaq üçün pəncərə və qapı kənarlarında nanə saxlamaq da seçilən üsullar arasındadır. Zibil qutusunun içinə və ya ətrafına az miqdarda darçın səpmək isə xoşagəlməz qoxuların qarşısını almağa kömək edə bilər.

Daha təmiz qoxulu mühit istəyənlər isə suyun içinə limon dilimləri, rozmarin (bibəriyyə) və mixək əlavə edərək zəif odda qısa müddət qaynada bilərlər. Ortaya çıxan qoxu mətbəxin havasını təravətləndirərkən, kəskin ətirlərin də milçəkləri uzaq tutmağa kömək edə biləcəyi qeyd olunur.

Lakin təbii üsullarla yanaşı, meyvə milçəklərinin mənbəyini aradan qaldırmaq da vacibdir. Yetişmiş meyvələri gözlətməmək, zibilləri vaxtlı-vaxtında tullamaq və tezgahları təmiz saxlamaq milçəklərin yenidən ortaya çıxmasının qarşısını almaqda təsirli ola bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)