Tovuz rayonunda çayın daşması nəticəsində iki nəfər təhlükədə qalıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.
Aparılan əməliyyat tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü Yunis Hümbətov və 1984-cü il təvəllüdlü Seymur İbrahimov xilas ediliblər.
Qeyd edək ki, son bir neçə gündür yağışlı hava şəraiti davam edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)