Türkiyəli müğənni Deniz Seki əməliyyatdan sonra xəstəxanadan paylaşım edib.
Milli.Az xəbər verir ki, sənətçi səhhəti ilə bağlı sosial şəbəkədə məlumat verib. O, onu soruşan, zəng edən, xoş arzularını və dualarını göndərən hər kəsə təşəkkür edib.
Deniz Seki hazırda ağrılarının olduğunu və prosesin asan keçmədiyini bildirib. Buna baxmayaraq, pozitiv qalmağa və yaxşı düşünməyə çalışdığını deyən müğənni əməliyyatının uğurlu keçdiyini bildirib:
"Hazırda ağrılarım var, asan proses deyil. Amma hər zamanki kimi pozitiv qalmağa və yaxşı düşünməyə çalışıram. Çox şükür, əməliyyatım uğurlu keçdi. Bir müddət də xəstəxanada olacağam, dincəlib toparlanmağa çalışacağam".
Müğənni onu xəstəxanada ziyarət edən sənətçi dostlarına və yaxınlarına da təşəkkür edib.
Deniz Seki pərəstişkarlarının sevgisini, dualarını və xoş enerjisini hiss etməyin ona çox yaxşı təsir etdiyini vurğulayıb:
"Ən qısa zamanda yenidən səhnədə, sizinlə birlikdə ola bilmək arzusu ilə... Hamınızı çox sevirəm. Yaxşı ki, varsınız". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)