Xocavənddə güclü yanğın başlayıb (Foto)

13 Avqust 2026 21:52

Xocavənd rayonunda boş ərazidə güclü yanğın başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yuxarı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Dağ massivində, boş ərazidə başlayan yanğın küləyin təsiri ilə genişlənib. Alov ətraf ərazilərdən aydın şəkildə müşahidə olunur.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)