"Qalatasaray" Osimhen üçün edilən 130 milyon avroluq təklifdən imtina etdi

13 Avqust 2026 18:24

"Qalatasaray" klubu ulduz futbolçusu Viktor Osimhen ilə bağlı Səudiyyə Ərəbistanından edilən cəlbedici təklifi geri çevirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, Səudiyyə təmsilçisi "Əl-Hilal" İstanbul nəhənginə 130 milyon avro dəyərində təklif göndərib. Buna baxmayaraq, "Qalatasaray" rəhbərliyi hazırkı mərhələdə Osimhenin transferini müzakirə etməyə və hər hansı bir danışıqlar aparmağa hazır olmadığını bildirib.

Xatırladaq ki, hücumçu Viktor Osimhen geridə qalan mövsüm ərzində Türkiyə Superliqasında meydana çıxdığı 22 qarşılaşmada rəqib qapılarından 15 top keçirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)