"Beşiktaş"ın yeni transferi Duşan Vlahoviç hava limanında görüntülənib.
Milli.Az xəbər verir ki, ulduz futbolçunun şəxsi əşyaları ilə yanaşı, yanında iki yeşik pomidor aparması diqqətdən yayınmayıb. Hava limanında futbolçunun gətirdiyi çamadanları ilə yanaşı, tərəvəzlə birlikdə görüntülənməsi sosial şəbəkələrdə maraq və müzakirələrə səbəb olub.
Paylaşılan görüntülər qısa müddətdə istifadəçilərin diqqətini çəkib. Azarkeşlər Vlahoviçшт özü ilə pomidor aparmasını şərh edərək müxtəlif fikirlər bildiriblər.
Futbolçunun qeyri-adi hava limanı görüntüsü sosial mediada əyləncəli paylaşımlardan birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)