“Qarabağ” matçında olmayacaq: “Dinamo”nun əsas müdafiəçisi beyin silkələnməsi keçirdi

13 Avqust 2026 14:20

Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Kiyev "Dinamo"su ciddi itki ilə üzləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan Tomaş Kendzyöra zədələnib. 

O, məşqlərin birində beyin silkələnməsi keçirib. Futbolçu komanda ilə birlikdə Bakıya gəlməyib. 

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" (Kiyev) qarşılaşması bu gün saat 20:00-da başlayacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)