"Ermənistan və Azərbaycan elektrik enerjisinin ixracı və idxalı üzrə də əməkdaşlıq edə bilər".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bəyan edib.
N.Paşinyan azərbaycanlı mütəxəssislərin 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistana səfər etdiklərini bildirib. O, səfərlər zamanı elektrikötürücü xətlər, dəmir yolları, boru kəmərləri və sairə ilə bağlı müzakirələrin aparıldığını bildirib:
"Biz daha əvvəl də demişdik ki, elektrikötürücü xətlər, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır".
Hökumət başçısı həmçinin yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarüklərinin həyata keçiriləcəyini açıqlayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)