Türkiyədə Mabel Matiz kimi tanınan müğənni Fatih Karacanın "Ha Leylim" mahnısı və klipi ilə bağlı rəsmi araşdırma başladılıb.
Milli.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, klipin sözləri və vizual məzmunu Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan "ədəbsizlik" cinayəti baxımından araşdırılır.
Prokurorluq faktların müəyyənləşdirilməsi və lazımi istintaq prosedurlarının həyata keçirilməsi üçün araşdırmaya başladığını açıqlayıb.
Qeyd edək ki, Mabel Matiz daha əvvəl "Perperişan" mahnısı ilə bağlı da oxşar ittihamla məhkəməyə verilib. Həmin iş üzrə məhkəmə cinayətin hüquqi elementlərinin formalaşmadığı qənaətinə gələrək müğənniyə bəraət verib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)