Şəkidə güclü yağış fəsadlara səbəb oldu - (Video)

13 Avqust 2026 12:44

Ötən gün axşam saatlarında Şəkidə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.

Milli.Az xəbər verir ki, yağıntı nəticəsində dağlıq ərazilərdən lil və çınqıl kütləsi Kiş kəndindən yuxarıda yerləşən istirahət mərkəzlərinə gedən yola tökülüb. Nəticədə nəqliyyatın hərəkəti çətinləşib, bir neçə avtomobil lilə batıb.

Hazırda ərazidə ağır texnikanın köməyi ilə yolun təmizlənməsi işləri aparılır. İstirahət mərkəzlərinə yalnız yolsuzluq şəraitinə uyğun avtomobillərlə getmək mümkündür.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)