Astroloqların fikrincə, bəzi bürclər yaxın günlərdə müxtəlif sahələrdə müəyyən çətinliklərlə qarşılaşa bilər.
Milli.Az həmin bürcləri təqdimi edir:
Qoç - İş və şəxsi həyat arasında balans yaratmaq çətinləşə bilər. Tələsik qərarlar vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Əkizlər - Ünsiyyətdə yaranan anlaşılmazlıqlar münasibətlərə təsir göstərə bilər. Vacib məsələlərdə emosiyalara deyil, məntiqə üstünlük vermək tövsiyə olunur.
Xərçəng - Maliyyə məsələləri ilə bağlı gözlənilməz xərclər gündəmə gələ bilər. Büdcəni əvvəlcədən planlaşdırmaq faydalı olacaq.
Qız - İş yükünün artması və yorğunluq diqqətin dağılmasına səbəb ola bilər. Hər məsuliyyəti üzərinə götürməkdənsə, prioritetləri müəyyənləşdirmək məsləhətdir.
Əqrəb - Şəxsi münasibətlərdə gərginlik yarana bilər. Qarşı tərəfin sözlərini yanlış anlamaq mübahisələrə səbəb ola bilər.
Oğlaq - Karyera ilə bağlı bəzi planların gözlənildiyi kimi getməməsi mümkündür. Səbirli olmaq və alternativ variantları nəzərdən keçirmək lazım gələcək.
Astroloji proqnozlar ümumi xarakter daşıyır və elmi əsaslı proqnoz kimi qəbul edilməməlidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)