"Qarabağ"ın oyununa hansı kanalda baxaq?

13 Avqust 2026 13:01

Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" cavab oyununa çıxacaq.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü CBC Sport telekanalı canlı yayımlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk matçda "Dinamo" 1:0 hesabı ilə qalib gəlib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)