Məşhur rusiyalı televiziya aparıcısı Dmitri Dibrov hazırda Bakıda səfərdədir.
Milli.Az Day.Az-a istinadən xəbər verir ki, o, məşhur "Sea Breeze" kurortunu ziyarət edib və sosial şəbəkə hesabında buradan görüntülər paylaşıb.
Dibrov Bakı səfəri zamanı Azərbaycan milli mətbəxi ilə də tanış olub. Televiziya aparıcısı xüsusilə məşhur yeməklərdən biri olan küftə-bozbaşı dadıb.
O, paylaşdığı videoda izləyicilərinə bu ənənəvi Azərbaycan yeməyini, onun fikrincə, necə düzgün yemək lazım olduğunu göstərib.
Həmin görüntüləri oxucuların diqqətinə çatdırırıq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)