Fransa səfirinin gecə qonaqları gündəm oldu: İqamətgaha 30 qadın gətirib

13 Avqust 2026 12:29

Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri Bruno Fuşerin rəsmi iqamətgahına çoxsaylı qadınları gətirməsi ilə bağlı intizam araşdırması başlanılıb.

Milli.Az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.

"Le Canard enchaîné"nin yazdığına görə, 65 yaşlı səfir 2024-cü ilin yanvarından 2026-cı ilin martınadək 20-30 yaşlarında təxminən 30 qadını iqamətgahına gətirib. Onlardan bəzilərinin gecəni də burada keçirdiyi bildirilir.

Bu ziyarətlər təhlükəsizliklə bağlı narahatlıq yaradıb. Nazirlik səfir barəsində əvvəlcə inzibati araşdırma aparıldığını, daha sonra intizam istintaqına başlanıldığını açıqlayıb.

Araşdırma hazırda davam edir və yekun nəticələr açıqlanmayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)