"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.
Milli.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" UEFA Avropa Liqasında pley-offa yüksəlib.
"Köhlən atlar" bu raundda "Tvente" (Niderland) - DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
-----------
Aleksey Kaşuk 70-ci dəqiqədə hesabı 2:0 edir.
-------------
Jali Muaddib 12-ci dəqiqədə hesabı açır.
-----------
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və Ukraynanın "Dinamo" komandalarının start heyətləri bəlli olub.
Milli.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.
"Dinamo": 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflər arasında Polşada keçirilən ilk görüş Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
-------------
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanan komandaların adları müəyyənləşəcək.
Milli.Az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da 3-cü təsnifat mərhələsinin cavab oyununda meydana çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək.
İlk qarşılaşmada səfərdə 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi bu dəfə mərhələni keçmək üçün qələbə qazanmalıdır.
Bu cütün qalibi pley-off mərhələsində "Tvente" - DAC 1904 duelinin qalibi ilə üz-üzə gələcək. Niderland klubu ilk oyunda Slovakiya təmsilçisini 6:0 hesabı ilə məğlub edib.
13 avqust
UEFA Konfrans Liqası - 3-cü təsnifat mərhələsi, cavab oyunu
20:00 - "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna)
Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)
İlk oyun: 0:1
Məkan: Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)