Tramp Levittin Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılması barədə məlumat verib
Ağ Evin mətbuat katibi Kerolayn Livitt şəxsi səbəblərə görə bu ilin avqust ayının sonunda vəzifəsini tərk edəcək.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat yayıb.
"Ağ Evin möhtəşəm mətbuat katibi və mənim ən etibarlı köməkçilərimdən biri Kerolayn Levitt öz gözəl balaca uşaqları və ailəsi ilə daha çox vaxt keçirmək üçün ayın sonunda vəzifəsini tərk edəcək. Tam anladığım və hörmət etdiyim bir qərar!" - o, yazıb.
Trampın sözlərinə görə, Levitt onun xarici məsələlər üzrə müşaviri olacaq və aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının işində iştirak edəcək.
"Kerolayn Ağ Evdə əsl lider olub və 2018-ci ildən bəri ədalət, azadlıq və sərbəstlik uğrunda mübarizə apararaq, o cümlədən 2024-cü ildəki tarixi yenidən seçilmə kampaniyamız da daxil olmaqla, fenomenal bir iş görüb. Kerolayn bu vəzifənin bütün tarixi ərzində Ağ Evin ən yaxşı mətbuat katiblərindən biri olub. Əla görülmüş işə görə sənə təşəkkür edirəm, Kerolayn", - Amerika lideri yekunlaşdırıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)