Xavi Niderland millisinin baş məşqçisi təyin olundu

13 Avqust 2026 00:42

2010-cu il dünya çempionu, ispaniyalı Xavi Ernandes futbol üzrə Niderland millisinin baş məşqçisi təyin olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Niderland Kral Futbol İttifaqının "X" sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.

Mütəxəssislə müqavilə 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulub.

Xavi bu vəzifədə 2026-cı il dünya çempionatının 1/16 finalında komandanın məğlubiyyətindən sonra istefa verən Ronald Kumanı əvəz edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)