Bakıda qəribə hadisə baş verib. Mənzildə təmir aparan ustaların borunu səhv qoşması nəticəsində evlərdə qaz borusundan mavi yanacaq əvəzinə su gəlir. Hadisə ilə bağlı sakinlər "Xəzər Xəbər"in vatsap qaynar xəttinə məlumat veriblər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, 37 ünvanında yerləşən 5 mərtəbəli binada baş verib. Hadisə nəticəsində binanın 3 blokunda mənzillərə qazın verilişi dayandırılıb.
Sakinlərin sözlərinə görə, mənzillərdən birində təmir aparan ustalar sonda borunu səhv qoşublar.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birlyindən sorğumuza cavab olaraq bildirildi ki, problemin həlli istiqamətində işlərə başlanılıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)