Türkan Şorayın rəqsi gündəm oldu - (Video)

13 Avqust 2026 09:45

Türk kinosunun canlı əfsanələrindən olan 81 yaşlı Türkan Şoray yeni görüntüləri ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aktrisanın musiqi sədaları altında rəqs etdiyi anlar sosial şəbəkələrdə maraqla qarşılanıb. Türkan Şoray Demet Akalının "Türkan" mahnısına rəqs edib.

Səmimi görüntülər qısa müddətdə izləyicilərin diqqətini cəlb edib. Aktrisanın enerjili rəqsi sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və paylaşımın şərh bölməsində çoxsaylı rəylər yazılıb.

Türkan Şorayın illər keçməsinə baxmayaraq enerjisini qoruması pərəstişkarlarının xüsusi diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)