Abşeron rayonunda qətl hadisəsi baş verib.
Milli.Az "Report"a istinadla xəbər verir ki, hadisə Masazır qəsəbəsinin "Yeni Bakı" yaşayış kompleksində qeydə alınıb.
Belə ki, 33 yaşlı kişi kürəyindən bıçaqlanıb.
Ağır xəsarət alan şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)