Şəmkirdə kişi həmyerlisini qətlə yetirib

13 Avqust 2026 00:06

Şəmkirdə qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, Kür qəsəbə sakini 1978-ci il təvəllüdlü Elşən Məmmədov aralarında yaranmış mübahisə zamanı həmyerlisi 1971-ci il təvəllüdlü Qurban Məmmədov tərəfindən bıçaqlanıb və o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata görə hər iki şəxs hadisə vaxtı sərxoş olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Qətli törədən şəxs polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)