Rus turisti Türkiyədə 5 ulduzlu oteldə soydular - (Video)

12 Avqust 2026 23:47

Türkiyədə istirahət edən rusiyalı turistlərin başına gələn hadisə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, turistlər Bodrumda yerləşən beşulduzlu "The Bodrum Edition" otelində qaldıqları müddətdə oğurluqla üzləşdiklərini iddia ediblər.

Kristina adlı turist ailəsi ilə birlikdə gecəsi təxminən 3 min avro (təxminən 285 min rubl) olan oteldə qalıb. Onun sözlərinə görə, iki gün əvvəl otağından "Audemars Piguet" markalı, dəyəri təxminən 10 milyon rubl olan qol saatı yoxa çıxıb.

Turist bildirib ki, duş qəbul etməzdən əvvəl saatı çıxarıb və otaqda qoyub. Onun sözlərinə görə, təhlükəsizlik kameralarının görüntülərində otelə saat qolunda daxil olduğu, otaqdan isə artıq saat olmadan çıxdığı görünür.

Kristina saatın hələ də tapılmadığını, otel rəhbərliyinin isə üzr istəmədiyini deyib. Onun iddiasına görə, otel əməkdaşları saatı özünün itirdiyini bildiriblər.

Turist hadisə ilə bağlı Türkiyə polisinə müraciət edib, vəkil tutub və Rusiya konsulluğu ilə əlaqə saxlayıb.

Qeyd edək ki, bu, Türkiyədə rusiyalı turistlərin otel otaqlarından əşyalarının itdiyini iddia etdiyi ilk hadisə deyil. İyunda Kəmərdəki "Corendon Hydros Club 5" otelində qalan rusiyalı turistlər də otaqlarından əşyaların, xüsusilə təmizlikdən sonra bəzi şəxsi əşyalarının itdiyini bildiriblər. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)