İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlu 17 il üzv olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İmamoğlu "yeni bir yol"la irəliləyəcəyinin mesajını verib: "17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istefa verirəm. Bu qərar ölkəmizin gələcəyinə dair inandığım dəyərlərə və millətimizə qarşı daşıdığım məsuliyyətin bir nəticəsidir".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)