Yevlaxda qəzada ölənlər qardaşdırlar - Yenilənib

13 Avqust 2026 09:57

Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az xəbər verir ki, Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Aqşin Eldəniz oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Akif Əli oğlu Hacıyevin idarə etdiyi "NAZ Lifan" markalı avtomobillə toqquşub.

Nəticədə Akif Əli oğlu Hacıyev və həmin avtomobildə olan sərnişin Sabir Əli oğlu Hacıyev almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan digər sərnişinlər - Elcan Sabir oğlu Hacıyev, Əli Akif oğlu Hacıyev, Nihad Sabir oğlu Hacıyev və Rza Muhiddin oğlu Xurşudov xəsarət alıblar.

Faktı üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

xxx

Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (kişi) 12.08.2026-cı il tarixində saat 19:10 radələrindən başlayaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunublar.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onların müalicələri tibb müəssisələrinin müvafiq şöbələrində davam etdirilir. 3 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

------------

Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Naz Lifan" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)