"Qalatasaray"ın əsas hədəfi

12 Avqust 2026 21:17

"Qalatasaray" "Arsenal"ın futbolçusu Qabriel Martinellini transfer etmək istəyir.

Milli.Az xəbər verir ki, "sarı-qırmızılar" braziliyalı vinger üçün 45 milyon avro ödəməyə hazırdır.

Bu barədə insayder Florian Plattenberq məlumat yayıb.

"Arsenal"ın bu təklifə cavabı gözlənilir.

Martinelli hazırda "Qalatasaray" rəhbərliyinin əsas hədəfidir. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)