Elgün Səmədova yeni vəzifə verildi

12 Avqust 2026 20:49

"Xankəndi" Futbol Klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, klubun Ümumi Yığıncağının qərarı ilə "Xankəndi" FK-da Müşahidə Şurası yaradılıb və Şuranın sədri vəzifəsinə Elgün Səmədov seçilib.

Qeyd edək ki, Elgün Səmədov səhiyyə nazirinin müşaviridir. O, bu vəzifəyə ötən il təyin olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)