“Çelsi” Pep Çavariyanı transfer etdi

12 Avqust 2026 19:50

İspaniyalı müdafiəçi Pep Çavariyanın İngiltərənin "Çelsi" klubuna keçidi rəsmiləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.

İspaniyanın "Rayo Valyekano" klubundan transfer edilən cinah müdafiəçisi artıq komandanın Kobhemdəki təlim-məşq bazasında 2026/2027 mövsümünün hazırlıqlarına qoşulub.

Xüsusilə qeyd olunur ki, Çavariya bundan öncə "Real Madrid"ə transfer olunan Mark Kukurelyanı əvəzləmək üçün heyətə cəlb edilib.

Məlumat üçün bildirək ki, başa çatan 2025/2026 mövsümündə Çavariya İspaniya çempionatında 33 matçda meydana çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Konfrans Liqasında keçirdiyi 8 qarşılaşmada 1 məhsuldar ötürmə müəllifi olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)