İdman tarixinin ən bahalı satışı reallaşdı

12 Avqust 2026 19:10

ABŞ-nin məşhur basketbol klubu "Los Anceles Leykers"in sahibi dəyişir.

Milli.Az xəbər verir ki, iş adamları Coş Kuşner və Bob Ayger NBA təmsilçisini satın almağa yaxındırlar.

Sövdələşmənin idman dünyası üçün rekord məbləğdə - 12 milyard dollar dəyərində reallaşacağı bildirilir.

Qeyd edək ki, C. Kuşner ABŞ prezidenti Donald Trampın kürəkən Cared Kuşnerin balaca qardaşıdır. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)