Ronaldo Messinin paylaşımına şərh yazdı (Foto)

12 Avqust 2026 18:49

Argentina millisinin ulduzu Lionel Messi bir neçə gün öncə vəfat edən atası Xorxe Messi ilə bağlı paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqram hesabında atası ilə fotosunu paylaşıb. 

Messi fotonun üzərinə "te amo, pa" (sevirəm səni, ata) sözlərini yazıb. 

Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo da paylaşıma şərh yazıb: "Bu çətin günlərdə sənə və yaxınlarına sevgimi göndərirəm, Leo. Sizə çoxlu güc arzulayıram".

Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)