Türkiyədə F-16 qırıcısı qəzaya uğradı - Pilot sağ qalıb

12 Avqust 2026 16:41

Türkiyənin Yalova əyalətinin Çiflikköy qəsəbəsində təlim uçuşu həyata keçirən F-16 qırıcı təyyarəsi qəza keçirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə təlim zamanı baş verib. Qəza anında pilotun katapult etdiyi bildirilib.

Hadisə yerinə yanğınsöndürmə və tibbi yardım briqadaları göndərilib. Ərazidə müvafiq tədbirlər görülür.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisənin təfərrüatlarının aparılacaq araşdırmadan sonra müəyyənləşdiriləcəyi bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)