Sosial şəbəkələrdə qarğıdalı satışı ilə məşhurlaşan fenomenlə rusiyalı turistin görüntüləri diqqət çəkib.
Milli.Az xəbər verir ki, paylaşılan videoda rus qızın fenomenlə foto çəkdirdiyi anlar əks olunub. Fenomenin onu öpmək istəməsi isə qızın buna icazə verməməsi ilə yadda qalıb.
Qızın reaksiyası və həmin an yaşananlar sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Görüntülər qısa müddətdə yayılaraq müxtəlif şərhlərə səbəb olub.
İzləyicilər fenomenin bu addımını müzakirə edərək fərqli fikirlər bildiriblər. Bəziləri qızın reaksiyasını normal qarşılayıb, bəziləri isə görüntüdəki fərqli məqam kimi qiymətləndiriblər.
Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılmaqda davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)