Təxminən 14 ildir vegan qidalanan qadının uzun fasilədən sonra ilk dəfə ət yediyi anlar sosial şəbəkələrdə maraq doğurub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qadın ət dadına baxdığı görüntüləri sosial media hesabında paylaşaraq bu təcrübəsini izləyiciləri ilə bölüşüb. O, ətin bu qədər ləzzətli olduğunu bilmədiyini ifadə edib.
Dadım zamanı emosional anlar yaşayan qadın göz yaşlarına hakim ola bilməyib. Onun reaksiyası sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Paylaşılan görüntülər qısa müddətdə geniş yayıldığı halda, istifadəçilər qadının illər sonra yaşadığı fərqli təcrübəyə münasibətlərini şərhlərdə bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)