Dənizdə batan gənc müğənni olub

12 Avqust 2026 14:28

"Krosna" musiqi qrupunun solisti Seymur Allahverdiyev dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə qrupla əməkdaşlıq edən bloqer Ləman Rüstəmi sosial şəbəkədə məlumat paylaşıb.

Məlumata görə, Seymur Allahverdiyevin meyiti ötən gün Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən nəzarətsiz ərazidə aşkarlanıb. Hadisə yerinin ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr uzaqda olduğu bildirilib.

1996-cı il təvəllüdlü müğənninin meyiti dalğıclar tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Seymur Allahverdiyevin ölümünün səbəbləri ilə bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)