"Futbolçu olsaydım, şorgöz olardım" - Hülya Avşarla məşhur futbolçunun arxiv Videosu

12 Avqust 2026 16:51

Türkiyənin tanınmış futbol simalarından Sergen Yalçınla müğənni və aktrisa Hülya Avşarın illər əvvəl lentə alınmış görüntüləri yenidən gündəmə gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, kadrlarda Sergen Yalçının gənclik illərindəki danışıq tərzi, xüsusilə indikindən xeyli fərqlənən səs tonu sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Söhbətin davamında mövzu qadın-kişi münasibətlərinə gəlib. Görüntülərdə Hülya Avşar kişinin şorgöz ola biləcəyi ilə bağlı fikirlər səsləndirib. O dönəmdə 24 yaşında olan Sergen Yalçın isə müğənninin fikirlərini təsdiqləyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)