Kəmalə ilə Elcan yenidən bir arada

12 Avqust 2026 14:01

Bir zamanlar böyük tamaşaçı auditoriyası qazanan "1 Kişi 1 Qadın" serialı yeni televiziya mövsümündə yenidən ekranlara qayıdır.

Milli.Az xəbər verir ki, SKNDL MAG-ın əldə etdiyi məlumata görə, layihə ATV kanalında yayımlanacaq və tamaşaçıların illər əvvəl sevdiyi format qorunub saxlanılacaq.

Serialın əsas simaları Elcan Rəsulov və Kəmalə Piriyeva yenidən baş rollarda yer alacaqlar.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda yayımlanmağa başlayan "1 Kişi 1 Qadın" qadın və kişi münasibətlərini yumoristik, ironik və səmimi dillə təqdim etməsi ilə qısa zamanda populyarlıq qazanmışdı.

Layihə beynəlxalq "Love Bugs" formatına əsaslanır. Azərbaycan versiyası isə Fransada "Un gars, une fille" adı ilə məşhurlaşan adaptasiyaya istinadən hazırlanıb.

Eyni format Türkiyədə də "1 Erkek 1 Kadın" adı ilə uzun illər ekranlarda nümayiş olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)