Tramp üçüncü dəfə namizədliyini irəli sürə bilərmi?

12 Avqust 2026 21:31

ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizəd olmaq istədiyini, lakin qanunların buna imkan vermədiyini bildirib.

Milli.Az xəbər verir ki, o, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri səsləndirib və tərəfdarlarının onun yenidən namizəd olmasını istədiyini deyib.

Hazırkı qanunvericiliyə görə, Trampın ikinci prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatır. ABŞ Konstitusiyasının 22-ci düzəlişi prezidentin iki dəfədən artıq seçilməsini qadağan edir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)