12 yaşlı azərbaycanlı qəzada öldü

12 Avqust 2026 13:20

Ötən gecə Gürcüstanda baş vermiş yol qəzasında azərbaycanlı yeniyetmə vəfat edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Tbilisi şəhəri yaxınlığındakı Soğanlıq kəndində baş verib.

Qəza nəticəsində 12 yaşlı Tapdıq Nuqzar oğlu Qəhrəmanov aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı yerli polis orqanı tərəfindən araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)