Dağıstanda kommunal xidmət işçisi sel zamanı həyatını təhlükəyə ataraq balaca qızı xilas edib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "BAZA" telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, güclü yağışlar nəticəsində respublikanın Untsukulski rayonunda çaylar məcrasından çıxıb.
Dağdan gələn sel ana və böyük bacısı ilə gəzintiyə çıxan balaca qızı aparılıb.
Uşağı xilas etməyə yerli Mənzil-Kommunal Təsərrüfatı şöbəsinin rəis müavini Məhəmməd Ömərov tələsib. Onlarla metr məsafədən sonra körpəni suyun içindən çıxarmaq mümkün olub.
Həmin görüntüləri təqdim edirik:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)