Türkiyə yeni dəstə halında hücum edə bilən "ağıllı" dronlarını nümayiş etdirdi - (Video)

12 Avqust 2026 17:32

Türkiyənin STM şirkəti "Kargu" kamikadze dronlarının avtonom dəstə fəaliyyətini nümayiş etdirib. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, Türkiyənin müdafiə sənayesi şirkəti STM "Kargu" kamikadze dronlarının səhra şəraitində avtonom dəstə (roy) şəklində fəaliyyətini təqdim edib.

Şirkətin mühəndisləri tərəfindən hazırlanmış xüsusi dəstə intellekti proqram təminatı sayəsində bir neçə pilotsuz uçuş aparatı (PUA) vahid əməliyyat mühitində tam avtonom, koordinasiyalı və təhlükəsiz şəkildə hərəkət edərək qarşıya qoyulan tapşırıqları icra etmək qabiliyyətinə malikdir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)